Skip to content Skip to footer

“Aran Market”in Ağalıkənd filialı yenilənmiş binada fəaliyyətə başladı

7 noyabr 2026-cı il tarixində, Zəfər Gününə həsr olunmuş tədbirlər çərçivəsində “Aran Marketlər” şəbəkəsinin Biləsuvar rayonunun Ağalıkənd kəndində yerləşən filialının yenilənmiş binasının açılış mərasimi keçirilib. Təxminən 5-6 ay ərzində həyata keçirilən əsaslı yenidənqurma və təmir işlərindən sonra filial müasir görkəmdə, yenilənmiş şəraitdə kənd sakinlərinin xidmətinə verilib. Bu yenilik Ağalıkənd və ətraf kəndlərin sakinləri üçün daha…

Read More

9 NOYABR – BAYRAQ GÜNÜ

9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür! Üçrəngli bayrağımız xalqımızın milli qürurunun, azadlığının, müstəqilliyinin və birliyinin rəmzidir. Bayrağımız daim yüksəklərdə dalğalansın! Hər zaman müstəqil, güclü və bütöv Azərbaycan naminə! Bayraq Günümüz mübarək!

Read More

8 Noyabr – Zəfər Günü

Bu gün Azərbaycan xalqı Vətən müharibəsində qazanılmış tarixi Qələbəni böyük qürur və fəxarətlə qeyd edir. 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi Azərbaycanın hərb tarixinə mühüm hadisə kimi daxil oldu. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu böyük qəhrəmanlıq və şücaət göstərərək torpaqlarımızın azadlığı uğrunda mübarizə apardı. Zəfər Günü şəhidlərimizin əziz xatirəsini…

Read More

Aran Marketlər yeni loqosu və yenilənmiş korporativ kimliyi ilə inkişafını davam etdirir!

Aran Azərbaycan MMC-nin tərkibində fəaliyyət göstərən Aran Marketlər şəbəkəsi yeni loqosunu və yenilənmiş vizual kimliyini təqdim edir. Brendin vizual görünüşündə həyata keçirilən bu yenilik şirkətin müasir yanaşmasını, inkişaf strategiyasını və daim yenilənmə prinsipini əks etdirir. Hazırda Aran Marketlər şəbəkəsi Biləsuvar rayonunun mərkəzində yerləşən Mərkəz və Bazar filialları, Xırmandalı və Səmədabad kəndlərində fəaliyyət göstərən filialları, eləcə…

Read More

5 Oktyabr – Müəllimlər Günü

5 Oktyabr – Müəllimlər Günü münasibətilə bütün müəllimləri səmimi-qəlbdən təbrik edir, şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar, möhkəm cansağlığı və yeni nailiyyətlər arzulayırıq. Gənc nəslin təlim-tərbiyəsində göstərdiyiniz fədakar əməyə görə təşəkkür edir, hər birinizə fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirik. Müəllimlər Gününüz mübarək!

Read More

20 Sentyabr — Azərbaycanın Dövlətçilik və Suverenlik Günü

20 Sentyabr Azərbaycan xalqının tarixində mühüm və qürurverici günlərdən biridir. Bu tarix Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpası ilə bağlı tarixi hadisələrlə yadda qalmışdır. Azərbaycan xalqı öz dövlətçiliyini, müstəqilliyini və ərazi bütövlüyünü hər zaman böyük dəyər kimi qoruyub. Suverenliyin tam bərpası ölkəmizin müasir tarixində yeni mərhələnin başlanğıcı oldu. Bu əlamətdar gün münasibətilə bütün Azərbaycan…

Read More

19 Sentyabr – Antiterror Əməliyyatının Anım Günü

19 sentyabr 2023-cü ildə Azərbaycanın dövlət suverenliyinin bərpası istiqamətində həyata keçirilən lokal xarakterli antiterror əməliyyatlarında şəhid olan qəhrəmanlarımızın əziz xatirəsini dərin ehtiramla yad edirik. Vətən uğrunda canından keçən şəhidlərimizin şücaəti və fədakarlığı xalqımızın yaddaşında əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Read More

Türkiyədən Yeni Tədarük: “Fox Brite” və “Mis Matik” Yuyucu Tozları Artıq Satışda!

Müştərilərimizə hər zaman yüksək keyfiyyətli və sərfəli məhsullar təqdim etmək məqsədilə çeşidlərimizi genişləndirməyə davam edirik. Dore Global firmasından Türkiyə istehsalı olan yenilənmiş yuyucu tozlarımız artıq anbarlarımıza daxil olub. Yeni gələn məhsullarımız 9 kq-lıq böyük və sərfəli qablaşdırmada olmaqla iki fərqli çeşiddə təqdim edilir: Fox Brite Matik rəngli (9 kq): Parlaq təmizlik və dərinləməsinə hijyen…

Read More

Qurban Bayramınız Mübarək!

"Aran Azərbaycan MMC" şirkəti olaraq, xalqımızı və bütün müsəlman aləmini Qurban Bayramı münasibətilə ürəkdən təbrik edirik. Bu müqəddəs bayramın süfrələrinizə ruzi-bərəkət, evlərinizə rəhmət və hüzur gətirməsini diləyirik. Kəsilən qurbanlarınız və edilən dualarınız qəbul olsun! Bayramınız mübarək!

Read More

Aran Azərbaycan MMC Beauty İstanbul 2026’da

Aran Azərbaycan şirkətinin Təsisçisi Elşən Əliyev və İcraçı Direktoru Emil Adışov 7-9 may tarixlərində İstanbul şəhərində təşkil olunan Beauty İstanbul 2026 sərgisində iştirak etmişdir. Beauty İstanbul dünyanın ən böyük gözəllik, gigiyena, uşaq gigiyenası sərgilərindən biridir. Şirkətimizin rəhbərliyi bir çox istehsalçı və təchizatçılarla uğurlu görüşlər həyata keçirmişdir. Şirkətimiz yerli istehlakçıları keyfiyyətli və münasib məhsullarla təmin etmək…

Read More