Skip to content Skip to sidebar Skip to footer

Aran Azərbaycan şirkətinə daxil olan Rest-Aran ailəvi restoranı 2017-ci il iyul ayının 7-də fəaliyyətə başlamışdır. Restoran Biləsuvar şəhərində Heydər Əliyev parkında yerləşir. 2 mərtəbədən ibarət olub xüsusi zövqlə dizayn edilmişdir. 2-ci mərtəbəsi ancaq ailələr üçün xidmət göstərməklə birlikdə xına, nişan mərasimləri, adgünü və korporativ tədbirlərə də ev sahibliyi edir. Müasir mebel və avadanlıqlarla təchiz edilmişdir. Milli və Avropa mətbəxinin biri-birindən dadlı təamları müştərilərin damaq zövqünü oxşayır. Peşəkar komanda ilə yüksək xidmət göstərən restoran öz müştərilərinə münasib qiymət, yüksək keyfiyyət, maraqlı istirahəti təmin edir.