Skip to content Skip to footer

B2B sahəsində 1500-ə yaxın, B2C sahəsində 140 000-ə yaxın müştəriyə xidmət etmək ve onları məmnun şəkildə yola salmaqdan quürur duyuruq.

YERLİ PARTNYORLAR

Miad Azərbaycan – 1994-cü ildən Azərbaycan bazarında fəaliyyət göstərən şirkət “Miad”, “Tamashaee”, “Eximo” kimi məşhur qida markalarını təmsil edir.

Carlsberg Azerbaijan – 1997-ci ildən ölkəmizdə fəaliyyətini davam etdirən şirkət “Xırdalan”, “Əfsanə”, “Baltika”, “Tuborg”, “Kuler” kimi məşhur pivə markalarını özündə birləşdirir.

Foodini MMC – Müstəqilliyin ilk illərindən ölkə ticarətində təmsil olunmağa başalayan şirkət məşhur “Tulçinka”, “İçnya” “Sunny Gold” kimi markalarla bazarda öz yerini tutmuşdur.

İstisu  2 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “İstisu” mineral su zavodunun açılışında iştirak ediblər. Zavodda suyun yenidən istehsalına başlanılmışdır.

Ayan MMC – Daha çox “Qızıl Quyu” limonadları ilə tanınan şirkət 2005-ci ildə təsis olunmuşdur.

Azdad 2020 MMC – 2020-ci ildə təsis olunmuş şirkət yüksək keyfiyyətli un və un məmulatları istehsalçısıdır. Xüsusilə də smak vafli, qurabiyə və pryanik üzrə ixtisaslaşmışdır.

Bolluq LTD – 1993-cü ildən ölkə ticarətində fəaliyyət göstərən şirkət artıq böyük istehsalçı olaraq işinə davam edir. Xüsusilə də qida sektorunun inkişafında öz sözünü demişdir. “Bolluq” “Oman”, “Şedraya Zemlya” və s. markaların da satışını həyata keçirir.

DMC Kompani – Xüsusilə ekonom kateqoriyalı keyfiyyətli məhsul istehsal edən şirkət meyvə nektarı və şirəsi, limonad və su üzrə peşəkarlaşmışdır.

Gilan Lənkaran Konserv Zavodu – 2010-cu ildən fəaliyyətdə olan müəssisə yüksək keyfiyyətli tomat pastası və püresi, kompot və s. istehsal edir. Məhşur “Bağdan” markası zavoda məxsusdur.

İKAR Qrup – Müasir avadanlıqlarla təchiz olun su fabriki 2008-ci ildə istehsala başlamışdır. Yüksək PH dəyərli sular qablaşdırılaraq son nöqtələrə çatdırılır. Fabrik Zirədə yerləşir.

Neon Firması – 1998-ci ildən Gəncə şəhərində qurulan şirkət buğda unu, makaron, vermişel, kəpək və çörək istehsalı üzrə ixtisaslaşmışdır. Türkiyə və Ukrayna istehsalı olan avadanlıqlarda hazırlanan məhsullar xarici ölkələrə də ixrac olunur.

Quba Broyler – Toyuq və toyuq məhsulları istehsalçısı olan şirkət Qubada yerləşir. Donmuş bütöv toyuq, paketdə toyuq, qabda toyuq, toyuq içalatı və hissələri kimi məhsul çeşidlərilə bazarda öz yerini tutmuşdur.

Real AYM  – Qısa müddət ərzində yaranmasına baxmayaraq şirkət dinamik şəkildə inkişaf edir. Premium və ekonom sinif süfrə salfetləri, mətbəx dəsmalları, qutu salfet və tualet salfeti istehsalı ilə məşğul olan şirkət rəqibləri arasında özünə məxsus yer sahibi olmuşdur.

Kristal MMC – Cəlilabad rayonunda yerləşən şirkət uzun illər ərzində mövcudluğunu qoruyub saxlaya bilmişdir. Konservləşdirilmiş turşu və kompot istehsal edən şirkət yerli bazarla kifayətlənməmiş, xarici bazarlara da öz məhsullarını təqdim etmişdir.

Torro RB MMC – Kukuruz və çipsi istehsalçısı olan şirkət Bakı şəhərində yerləşir. Az müddətdə çox işlər görən şirkət öz kateqoriyasında davamlılıq nümayiş etdirmiş, partnyorlarının rəğbətini qazanmışdır.

Zərif Şirniyyat – Müşfiqabad qəsəbəsində yerləşən müəssisə keyfiyyətli peçenye, qurabiyə, keks, marmelad və digər un məmulatları istehsalçısıdır.

Qızıl tac – Əsasən qənd məhsullarının istehsalı və qablaşdırılması ilə məşğul olan şirkət Sumqayıt şəhərində yerləşir. Böyük istehsal gücünə sahib olan şirkət müştərilərinə daim yüksək xidmət göstərir.

Elsaan Group MMC – Qısa müddət ərzində yaranmasına baxmayaraq şirkət dinamik şəkildə inkişaf edir. Əsas olaraq düyü idxalı ilə tanınan şirkət “SHAAN TEA” markasında çay növlərinin satışı və idxalını həyata keçirir.

AlcoPoint – Alcopoint, sürətlə inkişaf edən, spitrli və spirtsiz içkilərin satışını həyata keçirən premium butiklər şəbəkəsidir.

Alcopoint spirtli içki bazarına 2018-ci ildə çıxıb və qısa nüddət ərzində öz etibarını qazanaraq milli brend kimi formalaşa bilib.

“ARAZ-L” MMC – məişət kimyası və təmizlik vasitələrinin istehsalı və təchizatı sahəsində fəaliyyət göstərən yerli şirkətdir.

Şirkətimiz “ARAZ-L” MMC ilə rəsmi tərəfdaşlıq çərçivəsində VizaAGE brendlərinə məxsus qab yuyan mayelər, maye sabunlar, xlor tərkibli təmizləyicilər, yuyucu tozlar (paraşoklar), eləcə də Ramis brendli sabunlar və digər məişət kimyası məhsullarının satışını həyata keçirir.

 

XARİCİ PARTNYORLAR

Vigos Gıda (Türkiyə) –  Həm texnoloji, həm də gigiyenik şəraitdə məhsul istehsal edən şirkət Türkiyənin Qaziantep şəhərində yerləşir. Əsasən şokolad məhsullarının istehsalı ilə məşhur olan şirkət daxili bazarla birlikdə xarici bazarlara da öz məhsullarının satışını həyata keçirir.

VGP  (Ukraniya) – Ruta markası ilə məşhurlaşan şirkət 1999-cu ildə təsis olunmuşdur. Ukraynanın Luçk şəhərində yerləşən şirkət stolüstü salfet, cib salfeti, nəm salfet, tualet salfeti, mətbəx salfeti kimi məhsulları Alma və İtalyan avadanlıqlardan istehsal edərək bazara təqdim edir.

Tat Kimya (Türkiyə) – Türkiyənin İstanbul şəhərində yerləşən şirkət 1999-cu ildə fəaliyyətə başlamışdır. Şirkət sabun, şampun, nəm salfet, qliserin və digər kosmetik və gigiyenik məhsulların istehsalı ilə məşğuldur.

Baykara Global (Türkiyə) şirkəti 2000-ci ildən Türkiyə və xarici bazara uyğun qiyməti və keyfiyyəti təklif edir. Böyük komandası, müasir ERP sistmeləri və logistika şəbəkəsinə malik olan şirkət 20 ildən artıqdır ki, etibarlı təchizatçı kimi bazarda öz yerini tutmuşdur.

OOO PLODOVOE – 2009 (Rusiya) – 1939-cu ildən fəaliyyət göstərən şirkət Rusiya Federasiyasında iri həcimli istehsal tutumlu zavodu ilə istehlakçılara xidmət göstərir. Şirkətin məhsul portfelinə “Nashe Leto” , “Zeleniyi Sad” , “Leyi Frut” markasında meyvə şirələri daxildir.

Danem Gida (Türkiyə) – 2010-cu ildən yaradılmış şirkət zəngin məhsul çeşidi və güclü brendləri ilə qida sənayesində innovativ və lider şirkətdir. Şirkətin “Tiryaki” markasında bulğur və yumuru düyü çeşidlərinin idxalını edirik.

TOO “NAI-MİR” (Qazaxıstan) – Qazaxıstan Respublikasında düyü istehsalı ilə ixtisaslaşmış olan şirkət MDB ölkələri ilə yanaşı Avropa ölkələrinədə düyü ixracı etməkdədir. Şirkətin “Kamolino” yumru düyü brendi şirkətimiz tərəfindən ölkəmizə idxal edilir.

“International Paper” MMC (Özbəkistan) – sanitariya-gigiyena kağız məhsulları istehsal edən iri müəssisədir. Şirkət 2000-ci ildən bəri “ELMA” brendi altında fəaliyyət göstərir.

Məhsulları yüksək keyfiyyətli xammaldan hazırlanır və təkcə Özbəkistanda deyil, həm də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan kimi digər ölkələrdə satılır ki, bu da öz növbəsində məhsulların yüksək keyfiyyətini təsdiqləyir və beynəlxalq standartlara uyğunluğunu sübut edir.

“Ateşsönmez Kimya” (Türkiyə)  – 1998-ci ildə Qaziantep Mütəşəkkil Sənaye Zonasında təsis edilən şirkət, 18.000 m² qapalı sahədə qabaqcıl istehsal texnologiyaları ilə fəaliyyət göstərir. Gigiyena və şəxsi qulluq sektorunda yüksək keyfiyyət standartlarını əsas götürərək, həm daxili, həm də qlobal bazarda güclü mövqeyə sahibdir.

Şirkətimiz “Ateşsönmez Kimya” ilə rəsmi tərəfdaşlıq çərçivəsində Clonex brendinə məxsus bərk sabun, maye sabun və saç şampunlarının təchizatını həyata keçirir.

“Dore Global” (Türkiyə) – təmizlik sektorunda müasir texnologiyalar və güclü AR-GE altyapısı ilə keyfiyyətli, ekoloji cəhətdən təmiz və insan sağlamlığına təhlükəsiz məhsullar istehsal edən beynəlxalq şirkətdir. Geniş məhsul çeşidi ilə həm yerli, həm də qlobal bazarlarda etibarlı tərəfdaş kimi fəaliyyət göstərir.

Şirkətimiz “Dore Global” ilə rəsmi tərəfdaşlıq çərçivəsində Mis MatikTez Matik brendlərinə məxsus 9 kq-lıq yuyucu toz çeşidlərinin təchizatını həyata keçirir.

“Dan Agro Trade” (Ukraniya) – Ukraynanın kənd təsərrüfatı məhsullarını Avropa bazarlarına tədarük edən aparıcı ticarət şirkətidir. Şirkət 28 ildən artıq təcrübəyə malik, enerjidaşıyıcı avadanlıqların istehsalı və fermer təsərrüfatlarının modernləşdirilməsi üzrə ixtisaslaşmış “DAN” korporativ qrupunun tərkibində fəaliyyət göstərir.

Şirkətimiz “Dan Agro Trade” ilə rəsmi tərəfdaşlıq çərçivəsində yüksək keyfiyyətli qırmızı mərci təchizatını həyata keçirir.

“Земля Кубани” (Rusiya) – Krasnodar diyarının məhsuldar torpaqlarında 20 ildən artıq təcrübəyə malik tam tsikli kənd təsərrüfatı müəssisəsidir. Şirkət ənənəvi təsərrüfat təcrübələrini innovativ texnologiyalarla birləşdirərək kənd təsərrüfatı məhsullarının becərilməsi, emalı və saxlanılmasını həyata keçirir.

Şirkətimiz “Земля Кубани” ilə rəsmi tərəfdaşlıq çərçivəsində 25 kq-lıq popkorn (qarğıdalı) təchizatını həyata keçirir.

“Белгородские овощи” (Rusiya) – Belqorod vilayətindəki öz tarlalarında yetişdirilən tərəvəzləri sahədən fabrikə cəmi 2-3 saat ərzində çatdıraraq QOST standartlarına uyğun konservləşdirən brenddir. Yüksək aqrotexnika və müasir istehsalat sayəsində istehlakçılara keyfiyyətli, təbii və əlçatan qiymətli tərəvəz konservləri təqdim edir.

Şirkətimiz “Белгородские овощи” brendi ilə rəsmi tərəfdaşlıq çərçivəsində yaşıl noxudpopkorn məhsullarının təchizatını həyata keçirir.

“YUG: Actual Products” (Rusiya) – Cənubi Rusiyanın günəbaxan emalı üzrə aparıcı holdinqlərindən biridir. Tam inteqrasiya olunmuş istehsal tsiklinə malik şirkət yüzlərlə qida istehsalçısı, pərakəndə satış şəbəkəsi və beynəlxalq ticarət tərəfdaşlarının etibarını qazanmışdır.

Şirkətimiz “YUG: Actual Products” holdinqi ilə rəsmi tərəfdaşlıq çərçivəsində “Kubanskoye Lyubimoye” brendinə məxsus 1 L, 1.8 L və 5 L-lik PET şüşələrdə günəbaxan yağlarının təchizatını həyata keçirir.

ARAN AZƏRBAYCAN MMC – şirkəti olaraq ölkə xaricində bir çox şirkətlərlə əməkdaşlıq edir və ölkəmizə bir çox çeşiddə gündəlik təlabat malları olan məhsullar gətiririk.