20 Sentyabr Azərbaycan xalqının tarixində mühüm və qürurverici günlərdən biridir. Bu tarix Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpası ilə bağlı tarixi hadisələrlə yadda qalmışdır.
Azərbaycan xalqı öz dövlətçiliyini, müstəqilliyini və ərazi bütövlüyünü hər zaman böyük dəyər kimi qoruyub. Suverenliyin tam bərpası ölkəmizin müasir tarixində yeni mərhələnin başlanğıcı oldu.
Bu əlamətdar gün münasibətilə bütün Azərbaycan xalqını təbrik edir, ölkəmizə sülh, əmin-amanlıq və davamlı inkişaf arzulayırıq. Azərbaycanın suverenliyi daim möhkəm və əbədi olsun!