Skip to content Skip to sidebar Skip to footer

Aran Azərbaycan şirkətinə daxil olan Aran marketlər şəbəkəsi 2014-cü il fevral ayının 14-də fəaliyyətə başlamışdır. Hazırda 4 mağaza ilə fəaliyyətini davam etdirən marketlər şəbəkəsi durmadan inkişaf edir. Biləsuvar şəhərində yerləşməklə ən kiçik sahəsi 120 kv/m, ən böyük sahəsi isə 2 000 kv/m olan mağazalarla müştərilərinə xidmət göstərir. 15 000 çeşid məhsul, Türkiyə və Avropa ölkələrinda istehsal olunmuş müasir avadanlıqlar və keyfiyyətli xidmətlə müştərilərin komfortlu alış-verişi üçün hərcür şərait yaradılmışdır. Münasib qiymət, gülərüz personal müştərilərin daima Aran marketi seçməsində ciddi rol oynayır. Hər ay keçirilən endirim kampaniyaları isə müştərilərdə xüsusilə ciddi rezonans doğurur. Aran bonuskartları ilə alış-veriş edən müştərilər qazandıqları bonuslarla təkrar alış-veriş edir və ya hədiyyələr qazanır.