Skip to content Skip to footer

Aran Marketlər yeni loqosu və yenilənmiş korporativ kimliyi ilə inkişafını davam etdirir!

Aran Azərbaycan MMC-nin tərkibində fəaliyyət göstərən Aran Marketlər şəbəkəsi yeni loqosunu və yenilənmiş vizual kimliyini təqdim edir.

Brendin vizual görünüşündə həyata keçirilən bu yenilik şirkətin müasir yanaşmasını, inkişaf strategiyasını və daim yenilənmə prinsipini əks etdirir.

Hazırda Aran Marketlər şəbəkəsi Biləsuvar rayonunun mərkəzində yerləşən Mərkəz və Bazar filialları, Xırmandalı və Səmədabad kəndlərində fəaliyyət göstərən filialları, eləcə də Ağalıkənd filialı olmaqla, ümumilikdə 5 filialı ilə müştərilərinə xidmət göstərir.

Şəbəkənin inkişafı çərçivəsində Ağalıkənd filialı üçün yeni ərazidə, şirkətin öz vəsaiti və təşəbbüsü ilə müasir tələblərə uyğun yeni market binası inşa edilib. 7 noyabr tarixində yeni binada fəaliyyətə başlayacaq filial müasir dizaynı və yenilənmiş konsepsiyası ilə Aran Marketlər şəbəkəsinin inkişafında növbəti mərhələ olacaq.

Aran Marketlər yenilənən loqosu, müasir mağaza konsepsiyası və xidmət keyfiyyətinin davamlı təkmilləşdirilməsi istiqamətində atdığı addımlarla fəaliyyətini genişləndirməyə davam edir.

Leave a comment