Bu gün Azərbaycan xalqı Vətən müharibəsində qazanılmış tarixi Qələbəni böyük qürur və fəxarətlə qeyd edir. 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi Azərbaycanın hərb tarixinə mühüm hadisə kimi daxil oldu.
44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu böyük qəhrəmanlıq və şücaət göstərərək torpaqlarımızın azadlığı uğrunda mübarizə apardı.
Zəfər Günü şəhidlərimizin əziz xatirəsini yad etmək, qazilərimizin qəhrəmanlığını qiymətləndirmək və xalqımızın birliyini nümayiş etdirmək baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu möhtəşəm Qələbə Azərbaycan xalqının milli birliyinin, ordumuzun gücünün və Vətən sevgisinin təntənəsidir.
Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!

