Skip to content Skip to footer

Aran marketlər şəbəkəsinin 4-cü filialı istifadəyə verilmişdir

Aran Azərbaycan şirkətinə daxil olan Aran marketlər şəbəkəsinin 4-cü filialı 09.05.2023 tarixində Biləsuvar rayonu, Səmədabad kəndində istifadəyə verilmişdir. Açılış mərasimi Dövlət himnin səslənməsilə başlamış, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan nitqlər, çıxışlar və şerlər söylənmişdir. Açılış mərasimində rayon və kənd icması, ağsaqqaları və şəhid ailərinin üzvləri iştirak etmiş, öz xeyir dualarını vermişlər. Müasir standartlara cavab verən, 600 kv/m sahəyə malik supermarketdə hər cür şərait yaradılmışdır. 8 min çeşid məhsulla müştərilərə xidmət göstərəcək mağazada açılış gününə özəl 30%-40%-50% endirimlə bir çox mallar alıcılara təqdim olunmuşdur. Həmçininaçılış günü uşaqlar da unudulmamış, onlara da xoş sürpriz və əyləncələr təşkil edilmişdir.