Aran Azərbaycan MMC şirkəti 2-5 sentyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən nüfuzlu World Food Istanbul 2025 sərgisində iştirak etmişdir. 100-ə yaxın ölkənin, 1300-ə yaxın şirkətin iştirak etdiyi bu böyük tədbir hər milyonlarla insana nüfuz edir. Beynəlxalq əlaqələri möhkəmləndirən, ölkənin ərzaq təchizatına öz töhfəsini verən Aran Azərbaycan MMC şirkəti bu tədbirdə də bir çox şirkətlərlə görüşlər keçirmiş, lazımi əlaqələri yaratmış, bir neçə razılaşma əldə etmişdir. Şirkətimiz strateji planlarına uyğun olaraq inkişaf etməkdə davam edir.