Skip to content Skip to footer

“Aran Market”in Ağalıkənd filialı yenilənmiş binada fəaliyyətə başladı

7 noyabr 2026-cı il tarixində, Zəfər Gününə həsr olunmuş tədbirlər çərçivəsində “Aran Marketlər” şəbəkəsinin Biləsuvar rayonunun Ağalıkənd kəndində yerləşən filialının yenilənmiş binasının açılış mərasimi keçirilib.

Təxminən 5-6 ay ərzində həyata keçirilən əsaslı yenidənqurma və təmir işlərindən sonra filial müasir görkəmdə, yenilənmiş şəraitdə kənd sakinlərinin xidmətinə verilib. Bu yenilik Ağalıkənd və ətraf kəndlərin sakinləri üçün daha rahat alış-veriş imkanlarının yaradılması istiqamətində atılmış mühüm addımdır.

Qeyd edək ki, “Aran Marketlər” şəbəkəsi “Aran Azərbaycan” MMC-nin tərkibində fəaliyyət göstərir. 2014-cü ildən etibarən fəaliyyət göstərən şirkət bu gün 12 illik təcrübəyə və inkişaf yoluna malikdir.

Şirkətimiz ailə biznesi ənənələrinə əsaslanaraq, zəhmətkeş, fədakar əməkdaşların birgə əməyi və əzmi sayəsində fəaliyyətini uğurla davam etdirir. Əsas məqsədimiz regionlarda xidmət keyfiyyətini yüksəltmək, yerli əhalinin tələbatını qarşılamaq və müştərilərimizə daha əlçatan alış-veriş imkanları təqdim etməkdir.

Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə iqtisadiyyatın inkişafı, sahibkarlığın dəstəklənməsi və regionların sosial-iqtisadi tərəqqisi istiqamətində həyata keçirilən dövlət siyasəti nəticəsində sahibkarlar azad bazar və sağlam rəqabət mühitində fəaliyyət göstərmək, yeni iş yerləri yaratmaq və ölkə iqtisadiyyatına töhfə vermək imkanları əldə edirlər.

“Aran Marketlər” şəbəkəsi olaraq biz də bu imkanlardan yararlanaraq fəaliyyətimizi genişləndirməyi, bölgələrdə xidmət şəbəkəmizi inkişaf etdirməyi və əhalinin rifahına töhfə verməyi hədəfləyirik.

Zəfər Günümüz mübarək! Yeni Ağalıkənd filialımız xeyirli-uğurlu, bərəkətli olsun!

Leave a comment