Bu gün — 18 iyun, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhadətə ucaldığı gündür.
2010-cu ilin məhz bu gecəsində Mübariz İbrahimov təkbaşına düşmən cəbhəsini yararaq inanılmaz bir şücaət göstərmiş və adını Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazdırmışdır. Onun göstərdiyi bu qəhrəmanlıq hər birimiz üçün böyük bir qürur və vətənpərvərlik nümunəsidir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!

