Azərbaycan xalqının şanlı tarixinə qızıl hərflərlə yazılmış, milli məfkurəmizin və azadlıq eşqimizin təntənəsi olan 28 May – Müstəqillik Günü münasibətilə xalqımızı və bütün tərəfdaşlarımızı ürəkdən təbrik edirik!
1918-ci ildə Şərqdə ilk demokratik respublika olaraq qurulan Azərbaycan Xalq Cümhuriyyəti, xalqımızın müstəqillik hədəflərini və dövlətçilik ənənələrini bütün dünyaya bəyan etmişdir. Bu gün biz, həmin müqəddəs irsin və azadlıq ruhunun ardıcılları olaraq, güclü, rəşadətli və suveren bir dövlətin vətəndaşı olmaqdan sonsuz qürur duyuruq.
Şirkətimizin kollektivi adından, dövlətimizin iqtisadi və sosial inkişafı naminə hər zaman üzərimizə düşən məsuliyyəti layiqincə yerinə yetirməyə çalışır, ölkəmizə rifah və davamlı uğurlar arzulayırıq.
Müstəqilliyimiz əbədi, üçrəngli bayrağımız hər zaman uca olsun!